image-ads_n1karobka_mobile
image-172974853574789960_1200x630backend

DİN: Ötən gün 38 cinayətin üstünün açılması təmin olunub

image-add-a-heading

Oktyabrın 23-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki