image-n1karobka_ads
image-123
image-17232732812877963167_1200x630backend

DİN: Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

image-ad_qayo_720x110px

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) Doğru.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə DİN-in məlumatında bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki