image-n1karobka_ads
image-123
image-1658819594_din4backend

DİN Qarabağdakı antiterror tədbirləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı terrora məruz qalıb. Bu da Azərbaycanda mövcud ictimai-siyasi sabitlik, Konstitusiya quruluşunun bərpa olunması məsələsini tam zəruri edib.

Bunu DİN, DSX, DTX və Baş Prokurorluğun birgə brifinqində DİN Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

“Azərbaycan Respublikasının bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və onlara ölkə daxilində hüquqazidd hallarla bağlı qəti tədbirlər görülməsi üçün göstərişlər verilib”, – deyə o əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki