image-ads_n1karobka_mobile
image-17460760535692255771_1200x630backend

DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb – FOTO

image-add-a-heading

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Doğru.az-a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-17460760535692255771_1200x630 image-1746076053452747985_1200x630 image-1746076053239438257_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki