image-n1karobka_ads
image-123
image-azedu-az_ca20290f-539b-34d9-9feb-492b6f118cf5_850_521backend

DİN “Son zəng”lə bağlı valideynlərə müraciət edib

image-ad_qayo_720x110px

Respublikamızda “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları bütün zəruri tədbirləri görəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

“Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”, – deyə məlumatda qeyd olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki