Mayın 12-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsullarla 3500, 2000, 1457, 1000, 320, 180, 150, 93, 93, 39 manat və 31 dollar məbləğində vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər şəxsi sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildikdə, vətəndaşların hesablarındakı vəsaitlər oğurlana, eləcə də kredit limiti vasitəsilə maddi zərər yetirilə bilər.
DİN vətəndaşlara xəbərdarlıq edir:
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti şəkildə şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin – təhlükə var”.
DOĞRU.AZ