Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniyanın strateji, yaxın və etibarlı tərəfdaşıdır. Ölkələrimiz arasındakı sıx əlaqələr möhkəm prinsiplərə və ümumi məqsədlərə əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığımızın intensivliyini mükəmməl şəkildə əks etdirir.
Mən Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha təsdiqləyirəm. Eyni zamanda, Rumıniyanın bütün səviyyələrdə strateji tərəfdaşlığımızı möhkəmləndirməyə və dərinləşdirməyə sadiqliyini bir daha bildirirəm. Tam əminəm ki, davamlı səylərimiz sayəsində Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq enerji, ticarət, təhsil kimi xüsusi əhəmiyyət kəsb edən sahələrdə inkişaf edəcəkdir. Həmçinin Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında konstruktiv və perspektivli əlaqələrin inkişafında fəal iştirakını davam etdirəcəkdir.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz”.
Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Monqolustan və Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq birgə səylərimizlə daim genişlənir.
Cənab Prezident, COP29 çərçivəsində Bakıda səmimi görüşümüz zamanı razılaşdığımız məsələlərin həyata keçirilməsi üçün Sizinlə birlikdə işləməyə sadiqəm.
Fürsətdən istifadə edərək, Sizi gözəl, zəngin tarixə malik ölkəmizə dövlət səfərinə dəvət etdiyimi bir daha bildirirəm. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizdə yeni səhifə açmaqla yanaşı, Monqolustan və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verəcəkdir.
Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına firavanlıq arzulayıram”.
Qana Respublikasının Prezidenti Con Dramani Mahama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Qana Respublikasının Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Mən ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin inkişafı üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə sadiqliyimi bir daha bildirirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram”.
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xalqınızın firavanlığı naminə ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Yunanıstanın xalqlarımızın mənafeyi naminə əlaqələrimizi dərinləşdirməyə və bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirməyə hazır olduğunu bildirirəm.
Əminəm ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq əsasında daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə çalışa bilərik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illiyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.
Azərbaycan xalqının yaxın dostu olan Vyetnam ölkənizin Sizin rəhbərliyinizlə inkişafı, beynəlxalq inteqrasiya sahəsində nailiyyətləri, regionda və dünyada mövqeyinin, statusunun möhkəmləndirilməsi ilə bağlı uğurlara daim maraq göstərir və sevinir.
Məmnuniyyətlə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri güclü inkişaf mərhələsinə qədəm qoyub və bu baxımdan, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması mühüm tarixi mərhələ olub.
Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında mövcud ənənəvi dostluq və strateji tərəfdaşlıq əsasında ölkələrimiz əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, həmçinin bu əməkdaşlığın bütün potensialından hər iki xalqın rifahı naminə istifadə olunması üçün yeni imkanlar əldə edəcəklər.
Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına səadət arzulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə böyük uğurlar diləyirəm”.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, xoş arzularımı çatdırıram.
Latviya və Azərbaycan ikitərəfli əlaqələri dinamik şəkildə inkişaf etdirib və bu əlaqələr qarşılıqlı maraq doğuran yeni sahələri əhatə etməkdə davam edir. Xalqlarımız arasında qurulmuş yaxşı əlaqələr ölkələrimizin gələcək əməkdaşlığı üçün mühüm baza təşkil edir. Davosdakı son görüşümüzü və fikir mübadiləmizi böyük məmnunluqla xatırlayıram. Ölkələrimizin sülh və təhlükəsizlik şəraitində daha da inkişafını təmin etmək üçün əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirəm.
Latviya inanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında daha dərin əməkdaşlıq hər iki tərəfə iqtisadi inkişafın və regional sabitliyin artması da daxil olmaqla mühüm faydalar gətirə bilər. Ona görə də Latviya bu dialoqun gücləndirilməsi istiqamətində səyləri dəstəkləməkdə davam edəcəkdir.
Cənab Prezident, beynəlxalq qaydalara əsaslanan sistemin ciddi sınaqdan keçdiyi bu keşməkeşli vaxtlarda mən Sizi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərini dəstəkləmək üçün çoxtərəfli forumlarda sıx əməkdaşlıq etməyə dəvət edirəm.
Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident. İcazə verin, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım. Zati-alinizə və xalqınıza uğurlar, firavanlıq və rifah arzulayıram.
Bu gün ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur. Ümidvaram ki, Estoniya-Azərbaycan əməkdaşlığı gələcəkdə daha da dərinləşəcək.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin”.
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza davamlı tərəqqi, firavanlıq və uğurlar diləyirəm”.
DOĞRU.AZ