Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hochstein Financial Times (FT) qəzetinə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar ərəb ölkələrinin neftdən silah kimi istifadə etməyəcəyinə əmindir. O qeyd edib ki, neft ticarət tarixində vaxtaşırı silah kimi istifadə olunsa da, hazırda belə hallara rast gəlinmir.
Hochstein vurğulayıb ki, ABŞ və Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz neft hasil edən ölkələr arasında əməkdaşlıq güclü olaraq qalır. O, həmçinin əlavə edib ki, ərəb ölkələri ABŞ-ın mövqeyini yaxşı başa düşür və aralarındakı fikirlər həmişə üst-üstə düşməsə də, birgə işləməyi bacarır.
Hochstein OPEC+ neft hasilatının azaldılması və Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları ilə danışıqların uzadılması ilə bağlı sualları şərh etməkdən imtina edib, lakin müxtəlif məsələlər üzrə müntəzəm təmasların mövcudluğunu qeyd edib.
Mənbə: A Haber