image-2000x150px
image-123
image-ads_atlas
image-15565532571211745332_1200x630backend

Dövlət komitəsinin rəsmisi: “Nə ixtiyarla şəxsi həyata müdaxilə edilir?

image-728x90px

“Təəssüflər olsun ki, bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, televiziyalar reytinq xətrinə şəxsi həyata müdaxilə edirlər:

“Televiziyada yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə, onu inkişaf etdirirlər, reytinq xətrinə özlərinə xeyir verən istiqamətdə hadisəni davam etdirirlər”.

Sədr müavini bu yaxınlarda belə hadisəyə görə verilişə zəng edib şounu dayandırmağı tələb etdiyini bildirib:

“Yayımlanan verilişdə qayınata boşanmış gəlininə uşaqları verməmək üçün ona şər atırdı. O qadın boşanıb və hər kəslə görüşə, yenidən ailə həyatı qura bilər. Onun səs yazılarını, şəkillərini efirdə göstərirdilər. Mən efirə zəng edib bunu dayandırmaqlarını bildirdim. Axı insanın şəxsi həyatına müdaxilə etməməlidirlər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki