image-n1karobka_ads
image-123
image-17280414274480646250_1200x630backend

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşüb

image-ad_qayo_720x110px

Oktyabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yardımlı və Masallı rayon sakinlərinin müraciətlərini dinləyib.

Dövlət Komitəsindən Doğru.az-a bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, görkəmli dövlət xadiminin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Qeyd edilib ki, Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən qəbulda vətəndaş müraciətləri sırasında ailədaxili münasibət, uşaqla ünsiyyət, işlə təmin olunma, məişət zorakılığı və digər məsələlər yer alıb.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

DOĞRU.AZ

image-17280414275979223792_1200x630 image-1728041427152212781_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki