image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-01-02t235642-763backend

Dövlət qurumlarına yalan çağırış edən şəxs saxlanıldı

image-728x90px

“Xaçmaz-Quba yolunda “KamAZ” markalı yük avtomobilinin VAZ-2106 markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayan şəxs məsuliyyətə cəlb olunub”. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:

“C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki