image-2000x150px
image-123
image-ads_atlas
image-b00356c8d3f07a30b72cbe17d348dab31705902675-photobackend

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanıb

image-728x90px

2023-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 695 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət xidməti məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest (nüfuzetmə testi) yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8.2 və 8.3-cü bəndlərinin icrası məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı “Rəqəmsal Sənəd Dövriyyəsi” alt sistemi, eyni zamanda bu sistemə qoşulacaq dövlət qurumlarında istifadə ediləcək 22 elektron sənəd dövriyyəsi sisteminin də auditi aparılıb, aşkar edilmiş informasiya təhlükəsizliyi boşluqları və nöqsanların aradan qaldırılması üçün hər bir sistemin sahibinə təqdim edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki