Doğru.az xəbər verir ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində bu gün məhkəmə qərar verəcək.
Qeyd edək ki, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
R. Məmmədov DTX-də saxlanılır və bu gün saxlanılmasının 48 saatı tamam olma ərəfəsində məhkəmənin onun barəsində həbs qətimkan tədbiri seçməsi gözlənilir.
Xatırladaq ki, Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.

























