Xalq artisti Aygün Kazımova Dubayda keçirilən dəbdəbəli toy mərasimində səhnəyə çıxıb.
Doğru.az xəbər verir ki, Milli.az-ın məlumatına görə, pop kraliça tədbir iştirakçıları üçün sevilən mahnılarını ifa edərək gecəyə xüsusi rəng qatıb.
Bildirilir ki, məclisin aparıcılarından biri olan Nanə Ağamalıyeva Aygün Kazımova ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb. O, paylaşımında sənətçinin çıxışını yüksək qiymətləndirərək ona sevgisini ifadə edib.
Qeyd olunur ki, Dubayda təşkil olunan tədbirdə Aygün Kazımovanın səhnə performansı qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
DOĞRU.AZ




























