Doğru.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda Ukraynaya ağır hərbi texnika göndərməklə ölkəsinin mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Polşa bu addımı ilə Ukraynanı bir çox cəhətdən xilas edib.
“Düşünürəm ki, biz əminliklə deyə bilərik ki, Ukraynanı qorumaq üçün ilk dəfə olaraq ağır texnika göndərmişik və bu, onun xilasına səbəb olub”, – deyə Duda Onet nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl “National Interest” yazıb ki, Ukraynaya edilən hərbi yardımlar Rusiyanın son üç ildə əldə etdiyi üstünlükləri tam kompensasiya edə bilməz.
DOĞRU.AZ