image-2000x150px
image-123
image-ads_atlas
image-uni355717backend

Dünya əbədi pandemiya ilə üzləşə bilər

image-728x90px

Aparıcı dövlətlər Cənubi Asiya ölkələrində koronavirusun yayılması səbəbindən görülməmiş misilsiz humanitar fəlakətə məhəl qoymamağa çalışırlar.

Bu barədə ABŞ-ın “Project Syndicate” nəşrinin materialında bəhs olunur.

Məqalənin müəllifi Kevin Radd bəşəriyyətin təxminən dörddə birinin Cənubi Asiyada yaşadığını xatırladır. Bu bölgədə SARS-CoV-2-nin nəzarətsiz yayılması dünyanı davam edən bir pandemiya ehtimalı ilə təhdid edir.

Müəllif humanitar fəlakətin xüsusi bir nümunəsi kimi Hindistanı göstərir. Bu ölkədə cənazə üçün odun qıtlığı yaşanır. Bu səbəbdən Qanq sahillərində minlərlə çürüyən meyit yığılır. Xəstəxanalarda oksigen tükənir və təcili yardım şöbələrinin qarşısında uzun növbələr düzülür.

Nepalda hər iki sakindən birində COVID-19 aşkar edilib, bununla yanaşı, Hindistandan peyvənd və oksigen tədarükü bağlanıb.

Müəllif Cənubi Asiyada peyvənd prosesini sürətləndirmək üçün bütün mexanizmlərdən istifadə etməyi təklif edir, çünki Butan xaricində bölgənin heç bir ölkəsində vaksin vurulanların ümumi sayı əhalinin 10 %-ni keçmir.

O vurğulayıb ki, təkcə lazım olduğuna görə yox, həm də maraqlarımıza uyğun olduğuna görə, Cənubi Asiyaya yardım göstərməliyik. Çünki, virusun hər yerə nəzarətsiz yayılması daha da ölümcül ştammların ortaya çıxmasına səbəb ola bilər:

“Virusu dayandıraraq və mutasiyasını ləngidərək dünyadakı insanları həqiqətən qoruya bilmiriksə, əbədi bir pandemiya perspektivi ilə qarşılaşacağıq”. (oxu.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki