Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Gədəbəy rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin müraciətləri dinləniləcək.
Bu barədə Doğru.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı iyunun 4-dək Şəmkir regional ədliyyə idarəsinə (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (+994 2230) 5-82-50) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur. Qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
DOĞRU.AZ