image-n1karobka_ads
image-123
image-17529150554168160157_1200x630backend

Ədliyyə naziri Qubada vətəndaşların müraciətlərini dinlədi – FOTO

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov iyulun 18-də Quba şəhərində vətəndaşlarla görüş keçirib.

Doğru.az xəbər verir ki, görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qəbul zamanı Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə sahəsi ilə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlər üzrə isə Ədliyyə Nazirliyinin aidiyyəti struktur rəhbərlərinə qanunvericiliyə uyğun araşdırma aparılması tapşırılıb.

Qeyd edək ki, qəbul vətəndaşların regional səviyyədə müraciət imkanlarının artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin bölgələrə səfərləri çərçivəsində baş tutub.

DOĞRU.AZ

image-17529150551889249919_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki