image-n1karobka_ads
image-123
image-bez-nazvaniyabackend

Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları dinləyəcək

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov avqustun 19-da Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərini qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı avqustun 17-dək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki