image-n1karobka_ads
image-123
image-17162360213122538929_1200x630backend

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib – FOTO

image-ad_qayo_720x110px

Mayın 20-də ədliyyə naziri Fərid Əhmədov Tovuz şəhərində yerləşən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evində vətəndaşları qəbul edib.

Doğru.az xəbər verir ki, qəbuldan əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulu zamanı onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində müsbət həllini tapıb, digər müraciətlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti rəhbər şəxslərinə tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir, həmçinin Tovuz Rayon İcra və Probasiya, eləcə də Qeydiyyat şöbələrinə və Tovuz Rayon Məhkəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

DOĞRU.AZ

image-1716236021523585843_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki