Doğru. az xəbər verir ki, KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra bir sıra jurnalistin, o cümlədən Ə.Amaşovun da istintaqa çağırılması xəbəri yayılıbdır.
Haqqında yayılan xəbərlərə açıqlama verən Əflatun Amaşov bildirib ki, “Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım.
Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar. Ona görə münasibət bildirirəm. Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki… Hər kəsə təşəkkür edirəm!”

























