image-n1karobka_ads
image-123
image-fb_img_1661162742442backend

Əkbər Abbasov Büzeyir mağarasını ziyarət etdi – FOTO

image-ad_qayo_720x110px

Doğru.Az xəbər verir ki, 2022-ci il avqustun 20-də Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov rayon ərazisindəki, ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş, Paleolit dövrünə aid Büzeyir mağarasında oldular.

Qeyd edildi ki, 2012-ci ildən başlayaraq AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyası Lerik rayonu ərazisində genişmiqyaslı arxeoloji tədqiqatlar aparmaqdadır.

Bu istiqamətdə fəaliyyətə uyğun olaraq, rayonun bir sıra kəndlərində arxeoloji qazıntı və kəşfiyyat işlərinin aparılmasının davam etdirilməsi nəzərdə tutulmuşdur.

Səfər zamanı arxeoloji qazıntı və kəşfiyyat işlərinin aparılmasının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məsələləri müzakirə edildi.

DOĞRU.AZ

image-fb_img_1661162733177 image-fb_img_1661162738891

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki