image-n1karobka_ads
image-123
image-fb_img_1747382311313backend

Əkbər Abbasov Orand sakinləri ilə görüşdü – FOTO

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun rəhbərliyi ilə 14 may 2025-ci il tarixində Lerik rayonunun ən ucqar dağ kəndi olan Orandda səyyar qəbul keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının və əlaqədar təşkilatların rəhbərləri iştirak ediblər.

Doğru.az xəbər verir ki, səyyar qəbul zamanı kənd sakinlərinin gündəmdə olan müxtəlif sosial və infrastruktur problemləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində konkret tapşırıqlar verilib. Qurumlar qarşısında məsuliyyət qoyulub ki, səsləndirilən hər bir problemin operativ və səmərəli şəkildə həlli təmin olunsun.

Dağlar qoynunda yerləşən Orand kəndində belə bir görüşün təşkili dövlətin ən ucqar nöqtələrdə belə vətəndaşlarla birbaşa ünsiyyətə verdiyi önəmin bariz nümunəsidir.

DOĞRU.AZ

image-fb_img_1747382315885 image-fb_img_1747382313462

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki