image-ads_n1karobka_mobile
image-66e90fe5ae5ac93162529a9abackend

Əl-Cəzirə: İsrail hakimiyyəti Qəzzaya humanitar yardımın 80%-dən çoxunu əngəlləyir

İsrail Qəzza zolağına gələn humanitar yardımın 83%-nə qədərini əngəlləyir.

TASS xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı bir qrup xeyriyyə təşkilatının birgə bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail tərəfindən çatdırılması əngəllənən humanitar yardımların ümumi həcmi “tədarüklərin cəmi 34%-nin dayandırıldığı 2023-cü illə müqayisədə xeyli artıb”.

Bəyanatda həmçinin qeyd olunub ki, hazırda “Qəzza zolağı əhalisinin 100%-i humanitar yardımın çatdırılmasından asılıdır”.

Bundan əvvəl İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirmişdi ki, İsrail Qəzza zolağında uşaqları iflic xəstəliyinə qarşı peyvənd etmək üçün humanitar dəhliz verəcək.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki