image-n1karobka_ads
image-123
image-img-20250828-wa0061backend

Elçin Cəfərov Laçında çəkilən yeni klipini təqdim etdi – VİDEO

image-ad_qayo_720x110px

Yay mövsümündə də yaradıcılığını dayandırmayan müğənni Elçin Cəfərov bir ay ərzində ikinci dəfə yeni mahnı və klipini təqdim edib.

Doğru.az xəbər verir ki, “Bizə hər şey yaraşır” adlı bəstənin sözləri Rafael Şabanova, musiqisi isə Tərlan Məmmədhüseynova aiddir. Mahnı həm musiqi, həm də vətənpərvərlik ruhu ilə seçilir.

Rejissor Fərman Bəşirlinin Laçında çəkdiyi klipdə işğaldan azad olunan bölgənin füsunkar təbiəti və yenidən dirçələn həyatı əks olunub. Klipdə xalqın birliyi, vətən sevgisi və milli qürur hissi ön plana çıxarılıb.

Elçin Cəfərovun ifasında Qarabağın gözəlliklərini tərənnüm edən bu mahnı ilə həm repertuarına rəng qatılıb, həm də güclü mənəvi mesaj verilib: “bu torpaqlarda bizə hər şey yaraşır – sevgi də, zəfər də, qürur da”.

Qeyd edək ki, “Bizə hər şey yaraşır” mahnısı təsadüfi tarixdə təqdim edilməyib. Elçin Cəfərov yeni bəstəsini “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə həsr edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki