Müğənni Elçin Cəfərov və Xalq artisti Röya Ayxan yaxın günlərdə yeni musiqi layihəsini təqdim etməyə hazırlaşır.
Doğru.az xəbər verir ki, Elçinin uzun müddətdir üzərində işlədiyi mahnı Röya ilə duet şəklində hazırlanıb. Layihənin detalları hələ açıqlanmasa da, yaxın vaxtlarda mahnı kliplə birlikdə dinləyicilərin ixtiyarına veriləcək.
Elçin Cəfərov və Röyanın bu əməkdaşlığı pərəstişkarlar arasında böyük həyəcan yaradıb. Maraqlıdır ki, mahnı yayımlanmadan öncə sosial mediada viral olub və musiqisevərlər tərəfindən maraqla gözlənilir.
DOĞRU.AZ





























