Son günlər həbs olunma xəbəri ilə gündəmdə olan Prezident Administirasiyasının ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənov yayılan xəbərlərə açıqlama verib.
Sabiq rəhbər açıqlamasında bildirib ki, “Mən hazırda evimdəyəm və sizinlə danışıram. Həbs olunmağm barədə sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.
Əli Həsənov onu da qeyd edib ki, prokurorluq orqanlarında dindirilməsi barədə yayılanlar da uydurmadır.

























