image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210328_232559_965backend

Əliyar Ağayevin idarə etdiyi matçda tarixi hesab

image-728x90px

 

Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının Danimarka və Moldova yığmaları arasındakı seçmə oyununu idarə edib.

 

Doğru.az”-ın məlumatına görə, Herninq şəhərindəki “MCH Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 8:0.

 

Danimarka millisi ilk qolu 19-cu dəqiqədə penaltidən vurub. Kasper Dolberq 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, ikinci hissənin əvvəlində – 48-ci dəqiqədə də fərqlənməyi bacarıb.

 

Eyni zamanda Mikkel Damsqol 22 və 29-cu dəqiqələrdə “dubl” edib. Qalan qollara Yens Striger Larsen 35-ci, Matias Yensen 39-cu, Robert Skov 81-ci, Markus İnqvartsen 89-cu dəqiqədə imza atıb.

 

Bu nəticədən sonra Danimarka millisi D qrupunda 6 xalla vahid liderə çevrilib. Tarixinin ən ağır məğlubiyyətini alan Moldova isə 1 xalla 5-ci pillədə qərarlaşıb

Qeyd edək ki, Moldova yığmasının baş məşqçisi daha əvvəl “Neftçi”yə rəhbərlik etmiş Roberto Bordin, qapıçısı isə “Keşlə”dən dəvət almış Stanislav Namaşkodur.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki