image-2000x150px
image-123
image-ads_atlas
image-fotojetbackend

Elm və Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub

image-728x90px

Elm və Təhsil Nazirliyinə Aparat rəhbəri təyin olunub.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə Mətin Kərimli təyinat alıb.

Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000-01-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001-02-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2014-20-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəlxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

İngilis, fransız, rus və ispan dillərini bilir.

Evlidir, üç övladı var.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki