image-2000x150px
image-123
image-ads_atlas
image-b7d9fab9-b662-34be-b5ea-ba4b6ae3f74c_850-1backend

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

image-728x90px

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Almaniyaya səfər edib.

Məmmədov FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.

İnfantino bir hissəsi “FIFA Forward” Proqramı tərəfindən maliyyələşən Almaniya Futbol Assosiasiyasının (DFB) Düşərgəsinə baş çəkib. FIFA prezidenti və AFFA-nın vitse-prezidentini sabiq Bundesliqa oyunçuları – fransalı Yuri Corkaeff (“Kayzerslautern”) və isveçrəli Paskal Tsuberbühler (“Bayer”) müşayiət edib. Onları DFB prezidenti Bernd Noyendorf və baş katib Hayke Ulrix, Almaniyanın milli komandalar və akademiya üzrə icraçı direktoru Oliver Birhoff qarşılayıb.

Səfər əsnasında Almaniya millisinin baş məşqçisi Hansi Fliklə də görüş olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki