image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220530_102633_115backend

Elxan Məmmədov Moskvada konqresdə!

image-728x90px

“FIFA adından pandemiya zamanı sıx əməkdaşlığa görə Aleksandr Dyukova və Rusiya Futbol İttifaqının (RFS) əməkdaşlarına təşəkkürümü bildirmək istərdim”.

Doğru.Az xəbər verir ki, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov RFS-in Konfransında deyib.
Funksioner bildirib ki, son 2 il dünya futbolu üçün asan keçməyib: “Pandemiya dünyaya böyük təsir göstərdi. Amma siz futbolu geri qaytara bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FIFA adından hazırkı problemin də tezliklə həllini arzulayıram. Ümid edirəm ki, yaxın gələcəkdə Rusiya futbolunu beynəlxalq arenada görəcəyik”.
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki