image-n1karobka_ads
image-123
image-17162733713548036421_1200x630backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

image-ad_qayo_720x110px

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 31-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a verilən məlumata görə, görüş zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar mayın 21–23-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq görüşə yazıla bilərlər.

Vətəndaşlar görüşə yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki