image-n1karobka_ads
image-123
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı ilə bağlı açıqlama verib.backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı ilə bağlı açıqlama verib.

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, müharibədən sonrakı dövrdə 1700-dən çox şəxs növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, bu müharibənin qazilərinə özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir.

Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki