image-ads_n1karobka_mobile
Əməkdar məşqçi: “Niyə millidən dəvət yoxdur?”– FOTOLARbackend

Əməkdar məşqçi: “Niyə millidən dəvət yoxdur?”– FOTOLAR

Azərbaycanda İNTER Akademiyasının təməlini yaradan , İranda super ligde , Gürcustanda 1-ci liga super ligde çalışan Azərbaycanın Əməkdar məşqçisi Adil Mahmudova niyə millidən dəvət yoxdur?

Doğru.az xəbər verir ki, qeyd olunan sualın cavabını almaq üçün Adil Mahmudovun keçdiyi həyat yoluna qısaca nəzər salaq. Adil Mahmudov Futzal  üzrə ilk dəfə U17 Millinin baş məşqçisi olmuşdur. Həmçinin amator ligada Çempionlar ligasının qrup mərhələsini keçib.

Qeyd edək ki, Moskva Meri Lujkov hər dəfə Moskvada Adil Mahmudovun oyunlarına gələrək maraqla izləyib.
Adil Mahmudov 2008 – ci ildə 24 komanda arasında  6- cı yeri tutmuşdur. Bir neçə il Qurban Qurbanov,  Əhməd Ələskərov, Ruslan Abdullayev, Anatoliy Konkov, Frank Banbauer kimi məşqçilərlə çalışmışmışdır.

Adil Mahmudovun həyat yoluna nəzər salanda Millimizin inkişafında töhvə verə biləcək məşqçilərdən biri olması təsdiqlənir. Nədənsə Millimizə layiqli şəkildə dəstək ola biləcək idmançılarımıza yer verilməməsi, bir çox hallarda ölkə idmanına mənfi təsirlər bağışlayır. İnanırıq ki, Adil mahmudov kimi təcrübəli məşğçilərimizə Millimizdə yer veriləcək və Azərbnaycan idmanının daha da inkişaf etdirilməsinə nail olacağıq. (utvxeber)

Xanım İsgəndərova 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki