image-2000x150px
image-970x50px
image-img_20210326_223631_681backend

 Emil Babayev: “Rəqib fiziki və taktiki cəhətdən yaxşı kollektivdir!”

image-728x90px

“Çətin komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktiki cəhətdən yaxşı kollektivdir”.

“Doğru.az” xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin qapıçısı Emil Balayev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

 

27 yaşlı qolkiper bildirib ki, rəqib bir müddətdir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir: “Portuqaliya ilə müqayisədə Qətərin oyun üslubu haqqında az informasiyaya malikik. Bu da matç ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki