Xalq artisti Emin Ağalarov Rusiyada təxirə düşən konsertlərini bərpa edib.
Doğru.az “axşam.az”-a istinadla xəbər verir ki, müğənni bu barədə məlumat yayıb və konsertlərin siyahısını açıqlayıb.
Emin bildirib ki, ilk konsert noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində keçiriləcək. Rusiyadakı digər konsertlər isə noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod və dekabrın 2-də Moskvada planlaşdırılıb.
O həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda ənənəvi konserti olacaq.
Qeyd edək ki, Emin son zamanlar Rusiya və Azərbaycan arasındakı gərginlik fonunda iyunun əvvəli Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçirilməsi nəzərdə tutulan konsertini təxirə salmışdı. Onun Instagram səhifəsində paylaşılan posterə görə, bu konsert 5 iyul 2026-cı ilə təxirə salınıb.
DOĞRU.AZ