image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220310_102114_790backend

Emin Mahmudov “Neftçi”də qalmaq istəyir

image-728x90px

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov “Neftçi”də qalmaq istəyir.

Doğru.Az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişində açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandada qalması təkcə onun razılığından asılı deyil: “Klub rəhbərliyi razı olsa, “Neftçi”də qalaram. Burada oynayarkən bəzi klublardan təklif almışam. Amma ciddi bir şey olmayıb. Ona görə də ad çəkmək istəmirəm”.

O, paytaxt klubunda 8 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: “Ən əsası, mən gələndə 8 nömrə boş idi. Andres İnyesta da oyunçu kimi xoşuma gəlir. Buna görə də onun geyindiyi nömrəni seçdim”.

Mahmudov öz oyun üslubunu daha çox İspaniya millisinin sabiq üzvü Sesk Fabreqasa bənzətdiyini söyləyib: “Düzdür, onun səviyyəsində olmasam da, yaxşı hərəkətlərini götürməyə çalışıram. Artıq Fabreqas karyerasını bitirib. İndi Kevin De Bröyne ən çox xoşuma gələn oyunçulardan biridir”.

Qeyd edək ki, Emin Mahmudovun “Neftçi” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki