image-2000x150px
image-123
image-ads_atlas
image-6af03c59-0cb7-483f-9766-cfdcc7f656ebbackend

“EnergyTech” hakatonu başa çatıb – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Azərişıq ASC”nin təşkilatçılığı ilə keçirilən “EnergyTech” hakatonu başa çatıb.

 

Hakatonun birinci günündə münsiflər tərəfindən seçilmiş 10 komanda 24 saat ərzində qeyd olunan problemlər üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram tətbiqləri üzərində çalışıblar. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.

Rəsmi bağlanış tədbirində komandalar hazırladıqları prototipləri təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Hakatonda “Platon Tech” komandası 1-ci yerə, “Power smart” 2-ci yerə, “HumanEnergy” komandası isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub.

Hakatonda cari ilin 13-25 mart tarixində müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda iştirak edib.

DOĞRU.AZ

image-6af03c59-0cb7-483f-9766-cfdcc7f656eb image-9fed816f-8bb8-4efd-a360-4aade193c085 image-29dd6db8-978f-4d79-9579-654909c83b70 image-41fa516e-5a81-42ea-8abd-69ae7847281e image-476d799c-cc56-4905-9bae-7a122afaeda2 image-f92ea15c-df32-4312-8288-647d04217a03

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki