image-2000x150px
image-123
image-ads_atlas
image-xezerbackend

Əqli məhdudiyyəti olan yeniyetməyə dönər alıb, dənizdə təcavüz etdi

image-728x90px

Demokrat.az-ın məlumatına görə, Əziz 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək olan müddət ərzində, Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən çimərlikdə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə on altı yaşına çatmayan epilepsiya və psixi xəstəliyi olan Eldənizə təcavüz edib.

Bir gün sonra o, Sumqayıtda öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Eldənizə qarşı yenidən seksual xarakterli hərəkətlər edib.

Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, Eldəniz yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində qonşuluğunda yaşayıb:

“Təxminən 10 il olar ki, uşaqlara qarşı ehtirasım yaranıb. Qonşuluğumda yaşayan Eldəniz təxminən 15 yaşındadır və bildiyim qədər onda epilepsiya və əqli məhdudiyyəti var. Mən təxminən məlum hadisədən iki ay əvvəl, yəni may ayının sonlarından məhəllədə olduqda Eldənizin də yaxınlığımda gəzdiyini gördüm. Eldəniz xəstə olduğu üçün onunla zarafatlar etdim. Mənim getdikcə Eldənizə qarşı hisslərim yaranmağa və ondan xoşum gəlməyə, onu sevməyə başladım. Daha əvvəl həbsdə olmuşam. Bu müddət ərzində ümumiyyətlə qadınlara qarşı olan hissim ölüb. Bu səbəbdən artıq neçə il idi ki, qadınlara qarşı hər hansı hissim yaranmayıb. Eldənizə qarşı hissim yarandıqdan sonra onu özümə qarşı isindirməyə başladım. Birinci dəfə Eldənizi məhəllədə gördükdə yanıma çağıraraq ona dönər aldım. Onunla birlikdə məhəllədə olan oturacaqda oturdum. Eldəniz dönəri yediyi müddətdə ona baxıb ehtiraslandım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən də əlləri ilə Eldənizin başından sığallayıb və boynundan, sifətindən öpüb:

“Eldənizin əqli məhdudiyyəti olduğu üçün heç nə başa düşmədi. Elə bildi ki, onu əzizləyirəm. Eldənizə qarşı mehriban olduğum üçün hər gün məhəlləyə çıxdıqda yanıma gəlib və mənimlə söhbət edib. Mən də yenə əvvəlki günlərdə olduğu kimi Eldənizin boynundan, sifətindən öpüb, qucaqlamışam və sığallamışam. Onları etdiyim zaman baxmışam ki, ətrafda heç kəs olmasın. Bir dəfə Eldənizə dənizə gedəcəyimi, mənimlə gəlmək istəyib-istəmədiyini soruşdum. Eldəniz də xəstə olduğu üçün mənə razılıq verib. Birlikdə yaşadığımız Sumqayıt şəhəri, Xəzər bağlarının aşağı hissəsində olan dənizə çimməyə getmişik. Dənizdə olduqda öz paltarlarımı çıxartdım və Eldənizə də köynəyini çıxartmasını və dənizə girməsini dedim. Birlikdə dənizə girib çimdik. Dənizdə olanda ona qarşı hisslərim oyandı. Mən öz cinsi tələbatımı ödəmişəm. Eldəniz xəstə olduğu üçün mənim nə etdiyimi başa düşməyib. Eldənizi arada öpəndə məni özündən kənarlaşdıraraq öpməyə qoymayıb. Amma çox vaxt ona heç nə deməmişəm. Bu qayda ilə təxminən 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək dörd-beş gündən bir ya dənizə getmişik, yada məhəllədə görüşmüşük”.

Əziz qeyd edib ki, iyulun 16-da, saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən “Çiraq” restoranına gedərək orada pivə içib:

“Təxminən yarım saatdan sonra oradan çıxaraq məhəlləyə getdim. Yolda Eldənizi gördüm. Həmin vaxt Eldəniz velosiped sürürdü. İçkili olduğumdan, həm də Eldənizi sevdiyimdən onu görən kimi yenə ehtirasım oyandı. Eldənizi yanıma çağırdım və söhbət edərək kafenin arxasında olan yerə yaxınlaşdım. Eldənizlə birlikdə orada olan daşın üzərində oturduq. Eldənizi qucaqlamağa başladım. İlk öncə Eldəniz istəmədi. Mən həmin vaxt içkili olmuşam, heç nə xatırlamıram. Bizim yanımıza iki nəfər kişi gəldi. Həmin şəxslər mənə uşaqla nə etdiyimi soruşdular. Mən isə onlara oturub söhbət etdiyimi dedim. Lakin həmin şəxslər mənim Eldənizi öpdüyümü görmüşdülər. Bu səbəbdən onlar Eldənizə evə getməyi dedilər. Mən də Eldəniz getdikdən sonra evə doğru getməyə başladım. Evə gedən vaxt Eldənizin atası məni arxadan çağırdı. Bizi görən qonşular Eldənizin atasına olanları dedilər. Bu səbəbdən Eldənizin atası məni vurmaq istəyəndə qonşular onun qarşısını aldılar. Mən öz yaşadığım evə gəldim. İyulun 17-də səhər tezdən evdə olarkən polis əməkdaşları yaşadığım evə gələrək məni polis bölməsinə dəvət etdilər. Mən də polis əməkdaşları ilə bölməyə getdim. Hər şeyi olduğu kimi dedim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əziz səkkiz il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Əziz 2008-ci ildə Cinayət Məcəlləsinin 145.2.4 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.5 (təkrar zorlama), 150.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə mühakimə olunub. Ona həmin il 11 il cəza təyin edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki