image-2000x150px
image-123
image-ads_atlas
image-1622607031607029093_1000x669-1-jpg-1622615920backend

Ərdoğan: “50 milyon dozanı keçdik”

image-728x90px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.

Bu barədə o “Twitter” hesabında yazıb.

“Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun”, – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:

“Türkiyəni daha sağlam sabahlara daşıyacağıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki