image-n1karobka_ads
image-123
image-thumbs_b_c_b1ac15d402c484154c26b3039c6b8e50backend

Ərdoğan ABŞ-dan yeni F-16-ların alınması məsələsinə aydınlıq gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfər öncəsi hava limanında mətbuat konfransı keçirib.

Anqola, Toqo və Nigeriyanı ziyarət edəcək dövlət başçısı bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.

Ərdoğan indiyədək 28 Afrika ölkəsinə 38 dəfə səfər etdiyini bəyan edib. O, qitə ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində mühüm addımların atılacağını anons edib.

Türkiyə prezidenti, həmçinin ABŞ-da F-16 qırıcılarının yeni partiyasının alınması ilə bağlı dolaşan iddialara da aydınlıq gətirib. O, ölkəsinin yeni nəsil F-35 təyyarələri üçün ABŞ-a 1.4 milyard dollar ödədiyini və bunun müqabilində Türkiyənin beşinci nəsil qırıcıların hazırlanması proqramından kənarlaşdırılaraq, əvəzində ona yeni F-16 təyyarələrinin təklif olunduğu bildirib.  “Anadolu”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki