Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.
Doğru.az xəbər verir ki, ölkə başçısı müxalifət liderini təhqir etməkdə ittiham edir və 500 min lirə (təxminən 12,5 min dollar) məbləğində mənəvi təzminat tələb edir. Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, Özgür Özəl daha əvvəl noyabrda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb etmişdi.
DOĞRU.AZ