image-n1karobka_ads
image-123
image-688375f702e8bd57c727d1ecbackend

Ərdoğan: Putin və Trampla İstanbulda görüş məsələsini müzakirə edə bilərik

image-ad_qayo_720x110px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putin və ABŞ-ın keçmiş prezidenti Donald Trampla telefon danışığı aparmağı planlaşdırır.

Doğru.az xəbər verir ki, bu barədə o, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında keçirilən üçüncü danışıqlar raundunun nəticələrini şərh edərkən bildirib.

“Liderlərin İstanbulda görüşünün keçirilməsi imkanını müzakirə etmək üçün bu həftə Putin və Trampla danışıqlar apara bilərik”, – deyə Ərdoğan “TASS” agentliyinə istinadla qeyd edib.

Onun sözlərinə görə, Türkiyə belə bir görüşün təşkili üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Putinlə Trampın Çində mümkün görüşü ilə bağlı hər hansı müzakirənin aparılmadığını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki