image-ads_n1karobka_mobile
image-66855d5702e8bd36dc2d5010backend

Ərdoğan: Türkiyə Ukraynada atəşkəs üçün zəmin yarada bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə bildirib ki, Ankara Ukraynada atəşkəs razılaşması üçün zəmin yaratmağa qadirdir.

TASS xəbər verir ki, bu barədə prezidentlərin Astanada görüşündən sonra Ərdoğanın ofisi məlumat yayıb.

“Hər iki tərəfi qane edəcək ədalətli sülh mümkündür”, – deyə Türkiyə liderinin ofisi qeyd edib.

Putin daha əvvəl  Rusiya ilə Türkiyə arasında münasibətlərin getdikcə inkişaf etdiyini bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki