image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-87backend

Əri tərəfindən qətlə yetirilən tanınmış cərrahın hadisə yerindən görüntüləri – FOTO

image-728x90px

Əri tərəfindən öldürülən tanınmış həkim Türkan Gündüzün meyitinin fotoları yayılıb.

Lent.az-ın məlumatına görə, yayılan fotolardan belə məlum olur ki, Türkan Gündüz yaralı halda yaşamaq uğrunda mübarizə aparıb.

Yerdə sürünən Türkan Gündüz hətta barmağına saturasiya aparatı da qoşub.

Lakin həkimin yaşamaq uğrunda apardığı mücadilə nəticə verməyib.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki