Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə imzalanmış üçtərəfli bəyanatdakı imzanı geri götürmək niyyətində deyil.
TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Mən Ermənistanın imzasını geri götürməsi üçün heç bir səbəb görmürəm <…> Biz heç nədən imtina etmirik”, – deyə baş nazir bildirib.
Bundan əvvəl Paşinyan ermənilərin Qarabağa qayıtmasını “DQR” şərtləri ilə qeyri-real adlandırıb.
DOĞRU.AZ