Doğru.az xəbər verir ki, politoloq və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Semenovski Ermənistanın hüquq-mühafizə orqanlarının hərəkətlərini siyasi sahənin təmizlənməsinin davamı kimi dəyərləndirib. O, bunun təkcə biznesmen Samvel Karapetyana və Erməni Apostol Kilsəsinə aid olmadığını, həm də “Daşnaksütyun” partiyasının üzvlərinin həbs və digər təqiblərin davamı olduğunu vurğulayıb.
Semenovski qeyd edib ki, bu addımlar Paşinyanın daxili məsələləri həll etmək niyyətinə uyğundur. Eyni zamanda, ekspert bildirib ki, Paşinyan bu gün daha çox Qərb qüvvələrinə “əyilir” və ölkə daxilində, eləcə də erməni diasporları arasında reytinqini itirir.
“ABŞ və digər ölkələrdə erməni kilsəsinə dəstək aksiyaları keçirilir, ictimai xadimlər isə Paşinyanın siyasətinə qarşı çıxış edirlər”, — deyə Semenovski əlavə edib.
DOĞRU.AZ