image-2000x150px
image-123
image-ads_atlas
image-034b6f7c-9bf9-31f4-95c9-91976d0adec8_850backend

Ermənistan ordusunun mayoru həbs olundu

image-728x90px

Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib.

O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.

“Bunun ağır nəticələri olub. Zabit məhkəmənin qərarı ilə həbs edilib. Hazırda araşdırmalar davam etdirilir”, – məlumatda qeyd edilib./Report

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki