Sentyabrın 16-da respublikada Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı imzaların toplanmasına rəsmən başlanılıb.
Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə , sentyabrın 11-də komissiya “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.
Qeyd olunur ki, imzaların toplanması 2024-cü il noyabrın 14-ü daxil olmaqla davam edəcək.
Ermənistan həmçinin Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladığını elan edib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbə doğru hərəkət etmək istəyini açıqlamışdı.
Mənbə RT rusca