image-2000x150px
image-25852224backend

Ermənistanda şəhər meri həbs olunub

image-728x90px

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qacaran şəhərinin meri Manvel Paramazyan həbs olunub.

“Sputnik” xəbər verir ki, bu barədə onun vəkili Lusine Saakyan özünün “Facebook” səhifəsində məlumat verib.

Bəyanatla çıxış edən xanım vəkil şəhər başçısının dələduzluq, seçicilərə rüşvət vermək, onların öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə maneə törətmək kimi cinayətlərdə ittiham edildiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə, hüquq-mühafizə orqanları Paramazyanın evində axtarış aparıb.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki